Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçının adı bəlli olub.
BUTA.TV, yarımfinal mərhələsində “Turan Tovuz”u üstələyən “Neftçi” tarixində 11-ci dəfə həlledici görüşdə iştirak hüququ əldə edib.
Tovuzda 0:1 hesabı ilə məğlub olan "Neftçi" öz meydanında keçirdiyi cavab matçının son dəqiqələrində vurduğu iki cavabsız qol sayəsində qələbə qazanaraq finala adlayıb.
Paytaxt klubu matça əlavə edilmiş dəqiqələrdə ardıcıl iki dəfə fərqlənib. Əvvəlcə 90+3-cü dəqiqədə Emin Mahmudov cərimə zərbəsini dəqiq yerinə yetirib. Üç dəqiqə sonra isə Kenni Sayef "Neftçi"ni finala daşıyan qola imza atıb.
Bakı klubunun finaldakı rəqibi aprelin 27-də baş tutacaq "Səbail" – "Qəbələ" görüşündə müəyyənləşəcək. Bu komandaların Qəbələdəki ilk duelində eyniadlı komanda 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü iyunun 3-də "Bakcell Arena"da təşkil olunacaq.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı