Əgər Qərb silahlarının tədarükü indiki sürətlə davam edərsə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı mümkün qədər effektiv olacaq.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələri işğal olunmuş ərazilərin azad edilməsi üçün hazırlığı davam etdirir:
“Müttəfiqlərin hərbi yardımı əks-hücum potensialına əhəmiyyətli dərəcədə təsir göstərir”.
Danilovun sözlərinə görə, hücumun başlaması ilə bağlı vaxtaşırı mətbuatda yer alan tarixlər və planlar reallıqdan uzaqdır:
“Bu məlumatlar çox məhdud bir dairəyə məlumdur. Nə vaxt və necə - hər şeyi görəcəksiniz, biz heç nə gizlətmək fikrində deyilik. Sadəcə gözləmək lazımdır”.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı