Gərgin iş rejimi nəticəsində canlı yayımda halım pisləşdiyinə görə “keçmiş olsun” arzularını çatdıran, dualarını əskik etməyən millətimin hər bir fərdinə, hər bir qardaşıma təşəkkür edirəm.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitetrdə yazıb.
O bildirib ki, həkimlərin tövsiyəsinə uyğun olaraq bu gün evdə istirahət edəcək: “Kırıkkaleli, Yozqatlı ve Sivaslı qardaşlarımızla təəssüf ki, bu gün görüşə bilməyəcəyik. Hər birindən xahiş edirəm ki, haqlarını halal etsinlər”.
Ərdoğan qeyd edib ki, bu gün vitse-prezident Fuad Oqtay Kırıkkale, Yozqat ve Sivasa gedəcək:
“Allahın köməkliyi ilə sabahdan etibarən işlərimizə davam edəcəyik. Əziz millətimizi Türkiyə yüz ili hədəflərinə çatdırmaq üçün çalışmağa davam edəcəyik. Bütün vətəndaşlarımıza sağlamlıq arzulayıram”.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı