İran hökuməti azyaşlı uşaqları hərbi təlimlərə və ideoloji kurslara cəlb etməkdə davam edir.
BUTA.TV xəbər verir ki, bu barədə SEPAH-a bağlı yarım-hərbi “Bəsic” qüvvələrinin Qəzvin əyalətindəki məsulu İbrahim Rəsulifər məlumat verib.
“Bu qəbildən olan tədbirlər çərçivəsində SEPAH may ayında Qəzvin əyalətində 8 min azyaşlı oğlan və qıza hərbi təlimlər keçməyi, atıcılıq dərsləri verməyi planlaşdırıb”, - o söyləyib.
Həmçinin, azyaşlıların şəhidlik üçün hazırlanması məqsədi ilə ideoloji dərslər keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, bu, İranın 1994-cü ildən qoşulduğu Uşaq Hüquqları Konvensiyasını pozulması deməkdir.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı