Moskva tezliklə Ermənistanda hərəkətə keçəcək.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə Rusiyanın Ermənistandakı əsas təbliğatçısı sayılan bloger Mikayıl Bədəlyan çıxış edib. O, Moskvadan olan yüksəkvəzifəli qrupun guya bir müddət əvvəl Bakı ilə danışıqlar apardığını bildirib:
“Moskvada artıq situasiyanın bütün ciddiliyini dərk etməyə başlayıblar. Buna görə də Ermənistanda yaxın zamanlarda hərəkətə keçməyə hazırlıq aparılır”.
Maraqlı məqam Moskvanın Ermənistandakı təsir agentlərinin də aktivliklərini artırmasıdır. Xüsusilə Rusiya müdafiə nazirinin müşaviri Aleksandr Lentsovun Qarabağdakı sülhməramlılara rəhbər gətirilməsi xəbəri onların fəallaşmasına şərait yaradıb. O həmçinin Rusiya müdafiə nazirinin müşaviri Aleksandr Lentsovun gəlişindən sonra çox şeyin dəyişəcəyini iddia edib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı