Ukrayna Silahlı Qüvvələrinin artilleriyaçıları Baxmutda tam gücü ilə işləyə bilmirlər.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın "Azadlıq Gücü" batalyonunun komandiri Mixail Krıjanovski deyib.
"Biz düşmənin ön xəttində artilleriya atəşi apara bilmərik. Çünki bəzi yerlərdə səngərlərarası məsafə 20-30 metrə çatır. Bu, şəxsi heyətimizə zərər verə bilər, ona görə də artilleriyamız hazırda istədiyi kimi işləyə bilmir. Amma düşmən daim artilleriyadan istifadə edir və şəxsi heyətini məhv edir", - komandir bildirib.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ehtiyatçılar Şurasının sədri İvan Timoçko əlavə edib ki, Baxmutda vəziyyət nəzarət altındadır:
"Ümumilikdə, düşmən Baxmutda dəmir yolunu keçə bilməyib, düşmən Kramatorska gedən yolu atəşə tutmağa çalışır, lakin bu gün əsas istiqamətlər mövcuddur və düşmən onları nəzarətə götürə bilmir".
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı