Ermənistanın Baş naziri Nikol Paşinyana küçədə “Satqın Nikol” deyən gənc həbs edilib.
BUTA.TV xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan Feysbukdakı səhifəsində yazıb.
“İndicə bir vətəndaş mənə məlumat verdi ki, onun tanıdığı gənc oğlan küçədə hazırkı baş nazirə “satqın Nikol” dediyi üçün həbs edilib”, - hüquq müdafiəçisi yazıb.
Qeyd edilir ki, hadisə saat 21:00 radələrində, ehtimal ki, Sayat-Nova küçəsində baş verib.
“Vətəndaşın hara aparıldığı ilə bağlı xəbəri olan varsa bizə bildirsin. Bizim belə vətəndaşları sakit buraxmağa haqqımız yoxdur”, - o əlavə edib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı