Müsavat Partiyasının sabiq başqanı, hazırda Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri olan İsa Qəmbərin oğlu İlkin Qəmbərin Tvitter hesabındakı paylaşımı rezonans doğurub.
BUTA.TV xəbər verir ki, hazırda Kanadada yaşayan İlkin Qəmbər 24 aprel tarixində - qondarma “erməni soyqırımı”nın “ildönümündə” paylaşım edib.
“Bu gün erməni soyqırımının ildönümüdür. Bir də olmasın” deyə İlkin Qəmbər paylaşımında bildirib.
Onun bu paylaşımı ciddi müzakirələrə səbəb olub. Belə ki, İsa Qəmbər Milli Azadlıq Hərəkatının liderlərindən biri, Ali Sovetin sədri, illərlə Müsavat Partiyasının başqanı kimi hər zaman milli mücadilə verən şəxs kimi tanınıb. İsa Qəmbəri Azərbaycanda məşhurlaşdıran da erməni yalanlarına qarşı mübarizəsi olub. 1980-ci illərdə İsa Qəmbər Zori Balayanın “Ocaq” cəfəngiyyatına tutarlı cavab yazması ilə tanınıb.
İsa Qəmbərin ailəsində böyüyən bir şəxsin Azərbaycanın milli maraqlarını bu cür satması, qondarma erməni təbliğatına alət olması, ermənilərin yalançı ruporuna çevrilməsi şok effekt yaradıb.
Saytımıza danışan ziyalılardan biri isə İlkin Qəmbərin bu tvitinin “adi bir şey” olduğunu, onun artıq uzun müddətdir ermənilərin yalan maşınına xidmət etdiyini bildirib. O qeyd edib ki, İlkin Qəmbər “Qədim erməni tarixi” adlı animasiya filminin də müəllifidir və erməniləri təbliğ edən bu film Yutub platformasında milyonlarla baxış toplayıb.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı