Azərbaycan artıq bir neçə gündür ki, Laçın yolunun girişində yeni sərhəd-keçid məntəqəsi qurub. Bununla da Ermənistandan Qarabağa silah-sursat və minaların, şəxsi heyətin daşınmasının, o cümlədən Qarabağın rus sülhməramlıların nəzarətində olan hissəsindən qanunsuz daşımaların qarşısı alınacaq. Bu, 135 gündür Xankəndi-Şuşa yolunda davam edən aksiyanın missiyasını başa çatdırması deməkdirmi?
Məsələ ilə bağlı BUTA.TV-a açıqlama verən Müvəkkil Hüquq Mərkəzinin sədri, aksiyanın ilk günlərindən fəallığı ilə seçilən tanınmış hüquqşünas Səməd Vəkilov deyib ki, Laçın yolundakı etirazın tələbi fərqlidir.
“Bildiyiniz kimi, Azərbaycan QHT-lərinin Qarabağda təbii sərvətlərimizin qanunsuz istismarına qarşı etiraz aksiyası 4 aydan artıqdır ki, davam edir. Bu aksiya ağacların kəsilməsinə, təbii sərvətlərin qanunsuz istismarına və talanıb daşınmasına, təbiətə sağalmaz ziyanlar vurulmasına qarşı keçirilir. Hesab edirəm ki, aksiya qanunsuz istismara son qoyulanadək davam etdirilməlidir. Çünki aksiyanın tələblərinə hələ əməl edilməyib”, - o bildirib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı