Fransa ölkənin Sudandakı diplomatik nümayəndəliyini bağlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Fransanın Sudandakı səfirliyi növbəti bildirişə qədər bağlıdır. O, artıq Xartumu tərk etmək istəyən vətəndaşlar üçün toplama məntəqəsi kimi xidmət etmir. Səfirlik Parisdən fəaliyyətini davam etdirəcək", - məlumatda deyilir.
Qeyd olunur ki, Fransa atəşkəs rejiminə və Sudanda siyasi prosesin bərpasına töhfə verməyə hazırdır:
"Səhər saatlarında Fransa Sudandan 380-dən çox insanı, o cümlədən fransızlar və bir sıra digər ölkələrin vətəndaşlarını təxliyə edib".
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı