Azərbaycanın Laçında sərhəd keçid məntəqəsi quraşdırmasından sonra ABŞ-dakı erməni lobbisi hərəkətə keçib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatasındakı erməni lobbisi Qarabağın müstəqilliyinin tanınması ilə bağlı sabah qanun layihəsi təqdim etməyə hazırlaşır.
Qanun layihəsinin müəllifi amerikalı demokrat konqresmen Adam Şiffdir. O, bu layihənin qəbul ediləcəyi təqdirdə ABŞ-ın Qarabağdakı ermənilərin öz müqəddəratını təyinatını dəstəkləmiş olacağını bildirib. Şiff həmçinin Bakıya son addımı ilə bağlı təzyiqlərin artırılması gərəkdiyini və bunun üçün bütün konqresmenlərlə ortaq fəaliyyət aparmağa çalışacağını deyib.
Qeyd edək ki, Şiff erməni lobbisinin ən fəal üzvü sayılır. O, Konqresdə lobbinin fəaliyyətini gerçəkləşdirməklə yanaşı, Bayden administrasiyasında da yaxşı əlaqələrə sahibdir.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı