Ukrayna kəşfiyyatı fevralın 24-də müharibənin ildönümündə Moskvaya qarşı kütləvi zərbələr planlaşdırıb, lakin ABŞ-ın tələbi ilə bundan imtina etdi.
BUTA.TV xəbər verir ki, bu barədə "Vaşinqton Post" məlumat yayıb.
"Ukraynanın hərbi kəşfiyyatının rəisi Budanov düşmən xəttinin dərinliklərinə zərbələr endirməyi planlaşdırıb. Bu isə Vaşinqtonda rəsmilərin narahatlığına səbəb olub. Budanovun rəhbərlik etdiyi qurum hətta "Vaqner"in Malidəki üzvlərinə də hücumu müzakirə ediblər.
Vaşinqton və Avropa rəsmiləri Ukraynanı sərhədləri xaricində hücumlara görə qınayıblar. ABŞ rəsmiləri hesab edirlər ki, Pekin Rusiya daxilində Ukrayna hücumlarını NATO-nu təcavüzkar kimi təqdim etmək üçün fürsət biləcək və Çin bu hücumları “əhəmiyyətli” hesab edərsə, Rusiyaya dəstəyini artıra bilər. ABŞ Ukraynaya Rusiyaya zərbə endirmək üçün Amerika silahlarından istifadə etməyi də qadağan edir", - məlumatda deyilir.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı