Qırğızıstan Prezidenti Sadır Japarov bu il Moskvada keçiriləcək Qələbə Günü ilə bağlı paradda yeganə xarici prezident olacaq.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Vedomosti”yə Rusiya Prezident Administrasiyasına yaxın diplomatik mənbə məlumat yayıb.
Məlumata görə, Qırğızıstan prezidenti Qələbə Günündə Rusiyaya səfəri planlaşdırılan yeganə xarici liderdir.
Sadır Japarovun Qələbə gününə həsr olunmuş təntənəli mərasimlərdə iştirakı gözlənilir.
Xatırladaq ki, keçən il mayın 9-u günü Moskvaya heç bir xarici lider dəvət olunmamışdı.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bununla bağlı ona ünvanlanan sualı cavabsız qoyub. O, digər xarici liderlərin bayram münasibətilə Moskvaya gəlib-gəlməyəcəyi ilə bağlı suala şərh verməyib.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı