İsrail bazar günündən bazar ertəsinə keçən gecə Suriyanın cənub-qərbindəki Quneytra əyalətindəki mövqelərə artilleriya zərbələri endirib.
BUTA.TV xəbər verir ki, bu barədə RİA Novosti hərbi mənbəyinə istinadən məlumat yayıb.
"İsrail artilleriyası Kürs ən-Nəfəl istiqamətində 12, Quneytra əyalətinin şimalındakı Hader qəsəbəsinin qərbindəki digər hədəflərə isə 8 mərmi atıb", - mənbə bildirib.
Atəş nəticəsində hər hansı ziyanın olub-olmaması barədə məlumat verilməyib. Qeyd edək ki, bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin Dəməşq ətrafına raket zərbələri endirdiyi barədə məlumat yayılmışdı.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı