Ermənilərin İrəvanda ötən gecə qondarma “erməni soyqırımı”nın 108 illiyinə həsr edilən yürüşündə Rusiya bayrağı da yandırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə məlumat və fotonu ermənipərəst, hər zaman ermənilərin maraqlarını qoruyan, azərbaycanlılara 44 günlük savaşdan yaxşı tanış olan, erməni yalançı təbliğat maşınının əsas aparıcı siması olmuş Semyon Peqov yayıb.
Peqov 1933-cü ilin 30 yanvarında, Hitlerin hakimiyyətə gəlməsi zamanı faşistlərin məşəllərlə aksiyası ilə 23 aprel 2023-cü ildə İrəvanda keçirilən aksiyanı müqayisə edib və bildirib ki, hər ikisi faşist aksiyasıdır.
O, Rusiya bayrağının yandırıldığını xatırladaraq, qeyd edib:
“Ermənistan banan respublikasının denasifikasiyası qaçılmazdır. Və nə qədər tez hərəkətə keçsək, o qədər psevdomüttəfiqlərimizdən kürəyimizə bıçaq daha az saplanmış olar”.
Qeyd edək ki, Ermənistanda bugünkü aksiyada da Rusiya bayrağı yandırılıb.
Xatırladaq ki, ötən gün aksiyada Türkiyə və Azərbaycan bayraqları da yandırılmışdı.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı