Sudanın devrilmiş prezidenti Ömər əl-Bəşir Kober həbsxanasından qaçıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Al Araby" agentliyi Tvitter hesabından məlumat yayıb.
Məlumata görə, həbsxananın yaxınlığında ordu hissələri ilə Çevik Hərəkət Qüvvələri arasında toqquşma olub.
Qeyd edək ki, 2019-cu ilin aprelində baş vermiş hərbi çevrilişdən sonra Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılıb. O, 30 ildən artıq dövlət başçısı vəzifəsində çalışıb. Çevriliş bütün ölkəni bürüyən etirazlar fonunda baş verib.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı