Rusiya Dövlət Dumasının “Vahid Rusiya” fraksiyasından olan deputatı Yaşarbek Uzdenov uzun sürən xəstəlikdən sonra 56 yaşında vəfat edib.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev bildirib.
V. Vasilyev fraksiyanın bütün deputatları adından Y. Uzdenovun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
Yaşarbek Uzdenov 2021-ci il sentyabrın 19-da Dövlət Dumasının deputatı olub. 16 saylı seçki dairəsindən (Qaraçay-Çərkəz - Qaraçay-Çərkəz Respublikası) seçilib.
Qeyd edək ki, bu gün həmçinin Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Nikolay Borçov 77 yaşında vəfat edib.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı