Avropa Birliyi və G7 ölkələri hesab edir ki, tribunal Rusiya rəhbərliyini və Ukraynaya qarşı təcavüz cinayətlərinin digər səbəbkarlarını məsuliyyətə cəlb etmək üçün ən real imkan olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə DV nəşri Avropa Birliyinin yüksək rütbəli rəsmisinə istinadən bildirib.
Vurğulanıb ki, ədalət mühakiməsinin həyata keçirilməsi üçün ən çox ehtimal olunan variant Ukrayna yurisdiksiyasında olan beynəlxalq tribunal olacaq.
Qeyd edək ki, 17 mart 2023-cü ildə Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı