Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.
BUTA.TV xəbər verir ki, Gürcüstan Prezidenti bu barədə özünün sosial media hesabında paylaşım edib.
“İslam dünyasının ən böyük bayramlarından biri olan Ramazan münasibətilə hər bir müsəlman həmvətənimi təbrik edirəm”. O qeyd edib ki, bu gün mömin müsəlmanların barışıq, birlik və mərhəmət bayramıdır. Bu dəyərlər Gürcüstanın çoxşaxəli cəmiyyəti üçün ümumidir və ölkəmizin qürurverici çoxəsrlik tolerantlıq və qarşılıqlı hörmət ənənəsinin əsasını təşkil edir.
“ğSizə sülh, cansağlığı, xeyirxahlıq və firavanlıq arzulayıram, ailələriniz sevincdən məhrum olmasın!”, - deyə Gürcüstan prezidenti vurğulayıb.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı