Fransanın PSJ klubunun futbolçusu Lionel Messi Liqa 1-də tarixə düşüb.
BUTA.TV xəbər verir ki, 36 yaşlı hücumçu buna "Anje"yə 2:1 hesabı ilə qalib gəldikləri XXXII tur matçında nail olub.
Görüşdə məhsuldar ötürmə ilə yadda qalan təcrübəli forvard cari mövsüm 15-ci assistini gerçəkləşdirib. O, bu rəqəmə ən tez çatan oyunçu adına sahib çıxıb. Argentinalı futbolçu buna 27 qarşılaşmada müvəffəq olub.
Bundan əlavə, Messi 2006/2007 mövsümündən sonra Eden Azar və Kilian Mbappedən sonra Liqa 1-də 15 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olan üçüncü oyunçudur.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı