İtaliyanın təhlükəsizlik qüvvələri Venesiyada Yunanıstanın “Laskaridis Shipping” şirkətinə məxsus gəmidə təxminən 850 kiloqram kokain aşkar ediblər.
BUTA.TV xəbər verir ki, Liberiya bayrağı ilə üzən “Atlas” adlı gəminin martın 23-də Braziliyadan yola düşdüyü və aprelin 17-də Venesiya limanına yan aldığı bildirilib. İtaliya polisi gəmidə araşdırmalara aprelin 18-də başlayıb. Ümumilikdə 570 bağlamaya yığılan narkotik vasitə gəminin gövdəsində, ekipaj üçün əlçatmaz olan və yalnız dalğıcların girə biləcəyi hissədə aşkarlanıb. Narkotik vasitənin bazar dəyəri təxminən 150 milyon avrodur.
İtaliya rəsmiləri gəmiyə ticarət fəaliyyətini davam etdirməyə icazə verib. Gəmi ekipajının həbs olunmadığı da bildirilib.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı