Formula-1 üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) BUTA.TV-a verilən məlumata görə, bununla da 12 tribunadan 10-una yerlər tamamilə tutulub.
Ötən illərdə keçirilmiş altı yarışla müqayisədə builki Qran Pridə ilk dəfədir, 100-dən çox ölkədən azarkeşlər Azərbaycanı ziyarət edəcəklər. Bu rəqəm Bakıdakı yarışın tarixində qeydə alınmış ən yüksək göstəricidir. Bundan başqa, bu il ölkəyə gələcək əcnəbi azarkeşlərin sayı ən yüksək həddə çatıb.
Yarış həftəsonuna 9 gün qalmış yalnız Bakcell (Azneft) və Xəzər tribunalarında məhdud sayda biletlər mövcuddur.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə baş tutacaq. Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı