Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
BUTA.TV xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Qraçya Poqosyanı (Ermənistan) sınağa çəkib.
Məmmədov bunadək 2 dəfə məğlub etdiyi erməni güləşçiyə yenə öz gücünü göstərib. Rəqibinə 5:1 hesabı ilə qalib gələn Azərbaycan idmançısı adını finala yazdırıb. O, qızıl medal uğrunda görüşdə Leri Abuladze (Gürcüstan) ilə üz-üzə gələcək.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı