Ucar rayonunda rəssam Ariz Məmmədovun Vətən müharibəsi şəhidlərinə həsr olunmuş sərgisi keçirilib.
Kult.az xəbər verir ki, rayonun Gənclər Mərkəzində keçirilən tədbirdə gənc rəssamın şəhidlər üçün hazırladığı əl işi nümayiş olunub.
Rəssam bildirib ki, tullantı şüşələrini xırdalayaraq ağac rəsmi hazırlayıb. Ağacın hər budağına da 44 günlük Vətən müharibəsi zamanı şəhid olan 24 hərbçinin şüşə çərçivəyə salınmış fotoları asılıb.
Açılışda şəhid ailələri də iştirak edib.
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava