Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
BUTA.TV xəbər verir ki, yığıncaqda qəbul olunan qərara əsasən “Neftçi” klubunun prezidenti Kamran Quliyev cəzalandırılıb.
“19.04.2023-cü il tarixində Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Turan Tovuz”- “Neftçi” oyununun fasiləsi zamanı “Neftçi” klubunun prezidenti Kamran Quliyev stadionun tunelinə daxil olaraq oyunun rəsmi şəxslərinə qarşı işlətdiyi ifadələrə görə Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyun cəzalanır, klub 4000 manat cərimə edilir (maddə 41.4, maddə 32). Sınaq müddəti 6 ay təyin edilsin”, - qərarda qeyd olunub.
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava