Zəngəzur (Sünik) vilayətinin Dığ (Tex) kəndi yaxınlığında problemli ərazi daha 1,4 km azaldılıb.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, dəqiqləşdiriləcək 12 kilometrlik xəttin cəmi 5 kilometrlik hissəsi problemli hesab edilib:
“Deyə bilərəm ki, hazırda zona daha 1,4 km azalıb. Bu o deməkdir ki, sərhədin bu hissəsi dəqiqləşdirilib. Bu hissə ilə bağlı bizim və azərbaycanlıların ümumi fikri var. Bu xəttdən müəyyən məsafədə Ermənistan və Azərbaycan sərhədçiləri yerləşdirilib. Təcrübə göstərir ki, sərhədçilər məsələ ilə məşğul olanda bu, müəyyən nəticələrə gətirib çıxarır. Ümid edirik ki, qalan 3,6 km dəqiqləşdiriləcək və bununla da məsələ bağlanacaq”, - Paşinyan bildirib.
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava