Tehranın Evin həbsxanasında saxlanılan Güney azərbaycanlı milli-mədəni fəal Mahmud Ocaqlıya qarşı daha iki ittiham irəli sürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumatda fəalın "Azərbaycan milli hərəkatı qruplaşmasına üzv olmaq", "ölkədə iğtişaş və qırğın törətmək məqsədilə ictimai fikri təhrik etmək"də ittiham olunduğu bildirilir.
Mahmud Ocaqlu 11 dekabr 2022-ci ildə Tehran şəhərindəki iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
Ana dili hərəkatının fəallarından olan M.Ocaqlu mədəni fəaliyyətinə görə 2014-cü ildə də həbs edilib.
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava