Türkiyənin daxili işlər naziri Süleyman Soylu polis təşkilatları içərisində FETÖ-nün ikinci paralel sisteminin qurulma cəhdlərindən bəhs edib.
BUTA.TV xəbər verir ki, nazir bu haqda “Haber Qlobal”da qatıldığı proqramda danışıb.
Süleyman Soylu fəaliyyətin başında Cümhuriyyət Xalq Partiyasının İzmirdən olan millət vəkili Murad Bakanın olduğunu qeyd edib:
“Murad Bakan polis təşkilatları içərisində paralel bir sistem qurmağa çalışan anlayışın özüdür. FETÖ-nün ikinci paralel sistemini formalaşdırmağa çalışır. Bütün sistem əlimizdədir, bütün sistem də məhkəməyə veriləcək. Son çərçivəni hazırlayırıq. FETÖ-dən sonra bunlar polis təşkilatlarının daxilində yeni bir sistem qurmağa çalışırlar. Biz bu yeni sistemi təsbit etdik. Bir çoxunu ifşa etdik. İndi bir çoxu ilə bağlı da sxemimiz bəllidir. Konkret şəkildə deyirəm: Murad Bakan bunların başındadır. Qarşılığı çox ağır olacaq”.
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava