Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinin müraciəti əsasında ixrac olunan malların mənşə ölkəsini təsdiq edən 12 958 sertifikat verib.
BUTA.TV xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Tviterdə bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % çoxdur.
Yanvar-mart aylarında verilmiş mənşə sertifikatlarının 9 325-i "CT-1" formalı, 3 299-u "Ümumi" formalı, 334-ü "A" formalı olub.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video