Ermənistan Baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan yanğında həlak olan 15 hərbçinin valideynləri ilə görüşü məqsədəuyğun hesab etmir və istintaq bitənə qədər görüş keçirilməyəcək.
BUTA.TV xəbər verir k, bu barədə ölən hərbçilərin valideynlərinin vəkili Norayr Norikyan öz Facebook səhifəsində yazıb.
O bildirib ki, bu barədə ona Geqarkunik vilayətinin qubernatoru Karen Sərkisyan məlumat verib:
“Qeqarkunik vilayətinin qubernatoru mənə zəng edərək bildirdi ki, ibtidai araşdırma aparıldığı üçün baş nazir və müdafiə naziri bunu məqsədəuyğun hesab etmir və ölən hərbçilərin valideynləri ilə istintaqın sonuna qədər görüşməkdən imtina edirlər”
Qeyd edək ki, ötən gün ölən 15 hərbçinin valideynləri baş nazirin və müdafiə nazirinin onlarla görüşüb suallarını cavablandırmasını, yaranmış şəraitlə bağlı izahat verməsini tələb edərək İrəvan-Sevan magistral yolunu bağlamışdılar.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video