İranda məhkəmələrin edam qərarı rekord həddə çatıb. Belə ki, 2022-ci ildə 582 nəfər edam edilib ki, bu da 2021-ci ilə nisbətən 75 faiz çoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə “Human Rights” təşkilatının İranda insan hüquqları ilə əlaqədar hazırladığı hesabatda bildirilib.
Qeyd olunub ki, 2021-ci ildə 333 nəfər edam edilib. Hesabat müxtəlif mənbələrdən əldə edilən məlumatlara əsasən hazırlanıb, ona görə də edam edilənlərin hamısının adlarını dəqiqləşdirmək mümkün olmayıb.
Hesabata görə, edam edilənlərin 16-sı qadın, 3 nəfəri isə yetkinlik yaşına çatmayan şəxs olub.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video