Qafqaz Müsəlmanları İdarəsinin fitrə zəkatı ilə bağlı adambaşına 10-15 manat tövsiyə etməsi sadə insanlar kimi, bəzi ziyalıların da narazılığına səbəb olub.
Kult.az xəbər verir ki, insanlar bu vəsaitin çox olmasını əsas gətirərək, ailələrin fitrə zəkatını imkanları daxilində çıxarmasının daha doğru olduğunu bildirirlər.
Fəlsəfə üzrə tanınmış alim Mail Yaqub da bildirib ki, islamda fitrə zəkatı belə hesablanır:
“Ən çox hansı qıdadan istifadə edirsənsə, həmin qidadan adama 3 kilo ehtiyacı olan insanlara fitrə zəkatı verirsən. Vəssalam. Məsələn, ən çox yediyin qida çörəkdirsə (Azərbaycanda adətən belədir), demək, adama 3 kilo buğda və ya buğdanın pulu verilməlidir. Bu isə maksimum 2 manat, 5 nəfərlik ailə üçün cəmi 10 manat fitrə zəkatı edir”.
Alim qeyd edib ki, imkanı olanlar daha çox yardım edə bilərlər. Amma vacib olan 2 manat civarındadır.
“İnsanları çətinliyə salmayaq!” – deyə alim vurğulayıb.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video