Mingəçevirdə 10 yaşlı qız uşağı alçadan zəhərlənərək ölüb.
BUTA.TV xəbər verir ki, hadisə Bahar küçəsində yerləşən fərdi təsərrüfatlardan birində baş verib.
2013-cü il təvəllüdlü Lalə Quluzadə həyətlərində yetişən alçadan zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, qızın atası bütün təsərrüfatı zərərvericilərdən qorumaq üçün dərmanlayıbmış, qız isə bilmədən birbaşa ağacdan dərdiyi alçaları yeyib.
Faktla bağlı araşdırma aparılır.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video