Ermənistan və İran arasında ticarət dövriyyəsi 2021-ci ildəki 503,5 milyon dollara qarşı 2022-ci ildə təxminən 711 milyon dollar təşkil edib. Artım təxminən 42% təşkil edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Ermənistan hökumətinin 2022-ci il üçün proqramının (2021-2026-cı illər) icrasının gedişi və nəticələri haqqında” hesabatında deyilir.
“Ermənistanla Gürcüstan arasında ticarət dövriyyəsi isə təxminən 879 milyon dollar təşkil edib. 2021-ci ildə bu rəqəm 422 milyon dollar idi. Eyni zamanda, Ermənistanla Çin arasında ticarət dövriyyəsi əvvəlki ildəki 1,3 milyard dollara nisbətdə təxminən 1,8 milyard dollar təşkil edib. Artım 39,4% təşkil edib”, - hesabatda qeyd olunub.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video