Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan ölkələrimizin qardaşlıq münasibətlərinin simvoluna çevrilmiş Sərvər Bəşirlini iftara dəvət edib.
Mərasim Türkiyədə, prezident sarayında baş tutub. Mərasimdən fotoları Əminə Ərdoğan paylaşıb.
İftara Sərvər Bəşirlinin yaxın qohumları da dəvət alıblar. İftar yeməyindən sonra isə xatirə fotoları çəkilib. Xatırladaq ki, Türkiyədə 6 fevral tarixində baş vermiş dağıdıcı zəlzələdən dərhal sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla qardaş dövlətə köməyə tələsən Sərvər Bəşirlinin fotosu böyük rezonans doğurub, Türkiyə-Azərbaycan münasibətlərinin simvoluna çevrilib.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video