Ermənistanın Baş naziri Nikol Paşinyan artıq öz qorxusunu gizlədə bilmir. Bunu dünən parlamentin iclasına çoxlu sayda mühafizəçi və polis əməkdaşlarının müşayiəti ilə gəlməsi sübut edir.
BUTA.TV xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
“Bu, ölkə tarixində ilk dəfədir ki, baş verir. Onun mühafizəçiləri fraksiyaların hər bir sırasının yuxarısında və ya aşağıda oturub deputatlara tamaşa edirdilər. Zalın bütün girişlərində Ermənistan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə yanaşı, mülki geyimli silahlı mühafizəçilər də olub. Paşinyan açıq-aydın nədənsə qorxur. Ancaq dəqiq nə olduğunu yalnız o bilir”, - məlumatda deyilir.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video