Avropa Birliyi yeni böyük miqrasiya böhranına məhəl qoymur.
BUTA.TV xəbər verir ki, bunu Avropa Parlamentinin aparıcı fraksiyasının sədri Manfred Veber "Bild" nəşrinə müsahibəsində bildirib.
"Kəskin artan miqrasiya təzyiqi göz qabağında olsa da, AB yeni miqrasiya böhranına doğru gedir”, - o vurğulayıb.
Veber xatırladıb ki, bu ilin ilk üç ayında İtaliyaya keçən illə müqayisədə gələn miqrantların sayında 300 faizdən çox artım var:
"İtaliya artıq fövqəladə vəziyyət elan edib və digər AB ölkələri buna məhəl qoymurlar. Biz İtaliyanı tək qoya bilmərik".
Veber qeyd edib ki, məsələ ilə bağlı partiyası Avropa Parlamentinə müzakirə üçün sorğu göndərməyi planlaşdırır.
- Bu ərazidə satılan evlər təhlükəlidir - Diqqət!
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı