Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.
İdarədən BUTA.TV-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən aprelin 17-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.
"Gecə və səhər saatlarında daha çox müşahidə olunan dumanlı hava digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb edilir", - məlumatda qeyd olunub.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN