Güclü qar və çovğun Astanada nəqliyyatın hərəkətini iflic edib.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qazaxıstan Hidrometeorologiya Xidmətinin məlumatına görə, son 3 gündə paytaxta 37.6 mm qar yağıb.
Astana Polis Departamentinin məlumatına görə, son sutkada paytaxt yollarında pis hava şaraiti səbəbindən 144 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Polis, kommunal xidmət əməkdaşları gücləndirilmiş rejimdə işləyir.
Paytaxtın təhsil müəssisələrində dərslər onlayn rejimə keçirilib. Astana hava limanında reyslərdə gecikmələr yaranıb, onlarla təyyarə uça bilmir.
Avtomobillərin Astanadan çıxışına məhdudiyyətlər tətbiq edilib.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN