Ermənistanın Azərbaycanla sülh sazişinin imzalanması prosesini uzatması bu ölkə hakimiyyətinin regionda başqa maraqlarının olduğunu göstərir.
BUTA.TV xəbər verir ki, bu barədə “TurkicWorld”a Türkiyə Prezident Administrasiyasından (PA) bildirilib.
“Azərbaycanın maraqları regionda sülh və stabilliyə xidmət edir. Rəsmi Bakı, regionun inkişaf etməsində maraqlıdır və bu 44 günlük Vətən müharibəsindən sonra, Azərbaycanın bölgədə apardığı quruculuq işlərindən açıq şəkildə görünməkdədir”- məlumatda vurğulanıb.
PA-dan o da qeyd olunub ki, Ermənistan Azərbaycan ilə sülh müqaviləsini tezliklə imzalamalıdır.
Qeyd olunub ki, hər zaman olduğu kimi Türkiyə indi də bütün məsələlərdə Azərbaycanın yanındadır və Ankara-Bakı qardaşlığı sarsılmazdır.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN