Millət vəkilləri Mahir Abbaszadə, Məşhur Məmmədov və Elnur Allahverdiyev terrora məruz qalmış Fazil Mustafa ilə görüşüblər.
BUTA.TV xəbər verir ki, bu barədə Mahir Abbaszadə öz Feysbuk hesabında məlumat verib.
O, həmkarının səhhətinin yaxşılaşdığını bilidirib:
“Millət vəkilləri Məhşur Məmmədov və Elnur Allahverdiyevlə, Fazil Mustafaya baş çəkdik. Həmkarımızın səhhəti yaxşılaşır, özünü getdikcə daha yaxşı hiss edir.
Dəyərli həmkarıma Allahdan tezliklə şəfa tapmasını, öz işinin başına dönməsini arzuladıq!”
Xatırladaq ki, Milli Məclisin deputatı Fazil Mustafa martın 28-də silahlı hucuma məruz qalıb. İki güllə yarası alan deputat xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.
Aparılan əməliyyat nəticəsində F.Mustafaya sui-qəsddə şübhəli bilinən 6 nəfər saxlanılıb.
Hazırda istintaq aparılır.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN