İtaliya millisinin və "Latsio"nun futbolçusu Çiro İmmobile paytaxt Romada ağır yol qəzasına düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat ayyıb.
Məlumata görə, 33 yaşlı hücumçunun idarə etdiyi avtomobil tramvaya çırpılıb. Zərbənin gücündən maşının ön hissəsi tamamilə dağılıb. Tramvay isə relsdən çıxıb.
Hadisə zamanı təcrübəli forvardın qızı da avtomobildə olub. Lakin onlardan heç biri xəsarət almayıb. Tramvayın sürücüsü və iki sərnişini isə xəstəxanaya yerləşdiriliblər.
Polis hadisə yerində araşdırma aparır. Şahidlərin sözlərinə görə, qəzaya səbəb tramvayın işıqforun qırmızı işığında keçməsi olub.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN