Xəbər verdiyimiz kimi, bu gün İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağı gətirilərkən, bir erməni səhnəyə qaçaraq, Bayrağımızı təqdim edən qızın əlindən alıb və yandırıb.
BUTA.TV xəbər verir ki, həmin şəxsin Aram Nikolyan adlı erməni olduğu bildirilir.
Aram Nikolyan Milli İncəsənət Akademiyasında, daha sonra isə Florensiyada İtalyan Akademiyası (Accademia Italiana) Dizayn Məktəbində təhsil alıb və burada stilistika və moda dizaynı üzrə ixtisaslaşıb. O, “Arm Jeans” və “Rose” şirkətlərinin baş dizayneri, “Şant” və “Armeniya” teleşirkətlərinin stilisti olub. Hazırda “Nikolyan” moda evinin təsisçisi, direktoru və baş dizayneri, Beynəlxalq Dizaynerlər Assosiasiyasının üzvüdür.
2013-cü ildən Ermənistan İctimai Televiziyanın baş stilisti vəzifəsində çalışır. Qeyd edək ki, Bayrağımız yandırıldıqdan sonra yenisi ilə əvəzlənib və təkrar səhnəyə qaytarılıb.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN