11 Aprel döyüşlərindəki illüziyaları dağıtmaq üçün beynəlxalq kontekstə diqqət yetirməliyik. Vaşinqton, Brüssel və Moskvanın sülh çağırışları və Azərbaycanı qınamayan protokol bəyanatları fonunda İran tamamilə fərqli addım atdı.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.
“Tehrandan qırmızı xətlər və sərhədlərə yenidən baxılmasının yolverilməzliyi ilə bağlı, son aylarda olduğu kimi, o qədər də çox bəyanat verilmədi. Əvəzində Azərbaycan və Ermənistanla sərhəddə yerləşən İran silahlı qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirildi. Bununla da Tehran regionda sərhədlərin dəyişdirilməsinin qarşısını almağa hazır olduğunu nümayiş etdirdi. Söhbət başqa xilaskar axtarmaqdan getmir. Digər ölkələr məqsədə çatmağa ancaq kömək edə və ya mane ola bilər. Yuxarıda birinci və ikinci bir nümunə var”, - o bildirib.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN