Hazırda İstintaq Komitəsində Zəngəzur mis-molibden zavodunun işçisini azərbaycanlının öldürməsi ilə bağlı hər hansı məlumat yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən verilən məlumatda bildirilib.
“İstintaqda cinayətin azərbaycanlılar tərəfindən törədilməsinə dair heç bir sübut yoxdur. Cinayət işi çərçivəsində cinayətkarın və ya cinayətkarların aşkarlanması üçün bütün zəruri tədbirlər, əməliyyat-axtarış tədbirləri davam etdirilir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən gün gecə saatlarında Zəngəzur vilayətinin Qafan rayonunda mis-molibden mədənində çalışan bir mühafizəçi öldürülüb. Ermənilər bu cinayətin Ermənistan sərhədini keçən azərbaycanlı hərbçi tərəfindən törədilə biləcəyinə eyham vururdular.
Duman səbəbindən yolu azaraq, Ermənistana keçdiyi bildirilən 2 azərbaycanlı əsgərin ikincisinin də az öncə tapıldığı və saxlanıldığı haqda Ermənistan MN açıqlama yayıb.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN