Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə növbəti anormal bəyanatla çıxış edib.
BUTA.TV xəbər verir ki, ötəngünkü təxribatı dolayısı ilə ölkəsindəki “beşinci kolonun” törətdiyinə işarə edən Paşinyan bildirib ki, təhlükəsizlik xidməti bu məsələ ilə ciddi məşğul olmalıdır.
Baş nazir qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin tərkibində xarici ölkələrin agentlərinin olması istisna edilmir:
“Məsələn, yüksək rütbəli zabit orduda təşviş yaradır və tabeliyində olanlara döyüş mövqelərini tərk etməyi tapşırır. Bu cinayətlərin motivlərini aşkar etmədən vəziyyəti izah etmək olmaz. Deməli, bu zabitlərin komandirləri ilə yanaşı, onların yuxarıdan əmr aldıqları daha bir instansiya var”.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN