Ermənistan Müdafiə Nazirliyi mövqe itkisinin olmadığını desə də, əslində mövqeləri 10 gün öncə - Azərbaycan ordusu Tex kəndinin bir hissəsinə nəzarət edəndə olmuşdu və bunun nəticəsidir ki, dünən baş verən döyüşlərdə ağır itkilər verdik.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə türkoloq Varujan Qeqamyan deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun hazırda dayandığı yüksəkliklər Tex kəndinə və bitişik ərazilərə nəzarət imkanı verir.
“Azərbayca Zəngəzuru addım-addım, tədricən nəzarətə keçirir. Dünən baş verən döyüşlər göstərdi ki, Ermənistan hakimiyyəti ölkəni qoruya bilmir. Nəticədə biz yeni mövqelər itirdik, yeni itkilər verdik. Tex kəndi və bitiş ərazilərdə artıq yaşamaq mümkün deyil, insanlar oradan köçmək haqda düşünür” – o bildirib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi dünənki döyüşlərdə verdikləri itkilərin sayını gizlədir, o cümlədən, mövqe itirmədiklərini bildirir. Lakin erməni mediası və ekspert cameəsi bunun əksini deyir.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi