Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun sərəncamı ilə Murad Nəcəfbəyli Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasi üzrə Dövlət Komissiyasının Katibliyinə rəhbər təyin edilib.
BUTA.TV xəbər verir ki, ali və akademik təhsilini Rusiyada alıb. 1994-cü ildən Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
M. Nəcəfbəyli bir müddət əvvəl Azərbaycanın Estoniyadakı səfiri vəzifəsində işləyib. Prezident İlham Əliyevin 2021-ci ilin dekabrın 2-də imzaladığı sərəncamla M. Nəcəfbəyli geri çağırılıb.
Bundan əvvəl o, Azərbaycanın İsveçrə Konfederasiyasında da səfir kimi fəaliyyət göstərib.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi