Aprelin 11-də Dığ kəndi yaxınlığındakı təmas xəttində silahlı insident baş verib. Ölənlər və yaralananlar var
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Rusiya Silahlı Qüvvələri və Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidmətinin nümayəndələri Dığ kəndi yaxınlığında gərginliyi azaltmaq üçün tədbirlər görüb”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, hazırda ərazidə olan rusiyalı nümayəndələr dərhal Ermənistan və Azərbaycandakı məsul şəxslərlə əlaqə saxlayıb və gərginliyi azaltmaq üçün tədbirlər görüblər.
“Baş verənlər bir daha təsdiq edir ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlərə ciddi əməl olunması zəruridir”, - Zaxarova bildirib.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi