Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi qəbuledilməzdir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O, qonağı Qarabağdakı ermənilərin reinteqrasiya prosesi barədə məlumatlandırdığını bildirib:
"Danışıqlar bundan sonra da olacaq. Azərbaycan tərəfi görüşlərin Bakıda keçirilməsini təklif edib. Ancaq Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi bizim üçün qəbuledilməzdir".
C.Bayramov vurğulayıb ki, ATƏT-in fəaliyyətdə olan sədrinə Qarabağda görülən yenidənqurma işləri barədə də məlumat verib:
"Eyni zamanda mina təhlükəsinin davam etməsi, Ermənistanın mina xəritələrini hələ də təqdim etməməsi mövzusu da gündəlikdə oldu".
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi